şənbə 21 fevral 2026 - 18:06
Saleh qadın, İlahi kamilliyə yüksəlişin ən gözəl fürsəti, yoxsa mədəniyyətin tərəqqi və inkişafına güc verən əsas amil?

Hövzə / Qadınlara məxsus elmi hövzə müəlliməsi bildirib: Saleh qadın, duyğusal idarəetmə və evin təşkili ilə ailə mərkəzində elə bir sabitlik və sükunət yaradır ki, həyat yoldaşı və övladları cəmiyyət və tarix qarşısındakı vəzifələrini rahatlıqla yerinə yetirə bilirlər. Beləliklə, qadının rolu sadəcə fərdi bir iştirakçıdan mədəniyyət formalaşdıran bir elementə çevrilir.

Məsumə Əhmədian Əliabadi Hövzə Xəbər Agentliyinin müxbiri ilə müsahibədə bildirib: İslam baxış bucağında qadın yüksək məqam və böyük dəyərə sahib olan ən dəyərli şəxsiyyətlərdən biridir. O, ilahi isimlərin onun cismində təcəlla etdiyi bir varlıq və şəxsiyyətdir. İmam Əli (ə) bir hədisdə buyurur:

"المرأة الصَّالِحَةُ لَیْسَتْ مِنَ الدُّنْیَا، إِنَّمَا هِیَ مِنَ الآخِرَةِ؛ لِأَنَّهَا تُقَرِّغُکَ لَهَا"

Tərcümə: "Saleh qadın dünya əhli deyildir. O, axirət əhlidir, çünki qadın insanı axirət üçün hazırlayır.”
Bu ifadə yalnız əxlaq baxımından bir təsvir deyil, həm də bir sosial və mədəniyyət nəzəriyyəsini özündə əks edir.

O əlavə edib: Ali  Məqamlı Rəhbərin tövsiyələrinə istinad edərək, mədəniyyət yönümlü baxışla görürük ki, qadın həyat yoldaşına “axirət üçün boşluq” yaratmaqla yalnız fərdi rol deyil, həm də İslam mədəniyyətinin formalaşmasında tarixi missiya daşıyır.

Qadınlara məxsus elmi hövzənin müəlliməsi bildirib: İlk baxışda
«لَیْسَتْ مِنَ الدُنْیَا» 
ifadəsi qadını dəyərsizləşdirmək və ya həyatın mərkəzindən kənarlaşdırmaq mənasına gəlmir. Əksinə, bu gözəl ifadə saleh qadını bir körpü və ya güzgü kimi təqdim edir ki, onun vasitəsilə həyat yoldaşı və övladlar sadəcə maddi məşğuliyyətlərdən uzaqlaşaraq kamillik və ilahi məqsədə yönəlirlər. O, “axirət əhlidir.” Yəni yüksək dəyərlərin təcəssümü olub insanı axirət və yaradılışın son məqsədini xatırladır.

O davam edərək bildirib: Hədisdəki əsas söz “تُقَرِّغُک" boşluq, rahatlıq yaratmaqdır. Burada boşluq yalnız sərbəst vaxt mənasında deyildir. Əksinə, enerji azadlığı və əsas işlərə yönəlmək üçün təhlükəsizlik və rahatlıq təmin etməkdir.

Xanım Əhmədian Əliabadi vurğulayıb: Saleh qadın duyğusal idarəetmə və evin təşkili ilə ailə mərkəzində elə bir sabitlik və sükunət yaradır ki, həyat yoldaşı və övladları cəmiyyət və tarix qarşısındakı vəzifələrini rahatlıqla yerinə yetirə bilirlər. Bu vəziyyətdə qadının rolu sadəcə fərdi iştirakçıdan mədəniyyət yaradan bir şəxsiyyətə çevrilir.

O davam edərək bildirib: Ali Məqamlı Rəhbər dəfələrlə vurğulayıb ki, ailə cəmiyyətin və İslam mədəniyyətinin əsas və təməlidir. Bu təməl əgər xəstə və nizamsız olarsa, sağlam mədəniyyət formalaşa bilməz. O, «لِتَسْکُنُوا إِلَیْهَا» (sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr) ayəsini açıqlayarkən bildirib: İnsanın ən böyük ehtiyacı sükunətdir və bu sükunət ailədə, mehriban və etibarlı həyat yoldaşının yanında əldə olunur. Bu tənlikdə qadın evdə “müvəffəqiyyət və mərhəmət” yaradaraq yalnız fərdi vəzifə deyil, eyni zamanda mədəniyyət funksiyasını yerinə yetirir. O, cəmiyyətin psixoloji və emosional təməlini formalaşdırır.

Hövzə tədqiqatçısı əlavə edib: Şiə mənbələrində belə bir hədis də qeyd olunub. Peyğəmbər (s) belə buyurub: “Bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib dedi: Həyat yoldaşım evə qayıtdığım zaman məni sevgi və təbəssümlə qarşılayır, evdən çıxarkən isə dualarla yola salır. Əgər nə vaxtsa məni kədərlənmiş görsə, ürəyimə su səpərək belə deyir:

“Əgər ruzin üçün nigaransansa, bil ki, onu öz öhdəsinə götürən var və o, səni əsla tək qoymaz.”

Onun bu sözləri qəlbimə arxayınlıq, ruhuma isə rahatlıq bəxş edir.

Əgər axirətin üçün nigaranlıq edirsənsə, Allah kədərlərini artıracaq. Beləcə sən daha çox axirət barədə düşünəcəksən. Bu zaman Peyğəmbər (s) buyurdu: Bu qadın Allahın yer üzündəki vasitəçilərindən biridir. Onun savabı şəhidin savabının yarısına bərabərdir.” (C.14, s.17)

O xatırladaraq bildirib: Qadının “rahatlıq və boşluq yaratmaq” rolu məhz burada öz mənasını tapır. Qadın təhlükəsiz bir mühit formalaşdırmaq və məsuliyyətli nəsil tərbiyə etməklə kişi və övladları ikinci dərəcəli qayğılardan azad edir, onları böyük cihad və yer üzünün abadlaşdırılması istiqamətində fəaliyyətə hazırlayır. Ali Məqamlı Rəhbər bu barədə buyurur: “Ailədə analıq rolu cəmiyyətdə diqqət yetirilməli olan ən strateji rollardan biridir... Bu, tərəqqi və transformasiyanın hər üç sahəsində fəal olan, eyni zamanda insan qruplarının aktivliyi və qarşılıqlı münasibətləri vasitəsilə mədəniyyət formalaşdıran bir şəxsiyyətdir.

Camiətüz-Zəhra qadınlar univeristetinın müəlliməsi və mədəniyyət üzrə müavini əlavə edib: Qadına mədəni baxış onu evlə məhdudlaşdırmır. Əksinə, evi onun dünyaya təsir göstərməsi üçün əsas bir vasitə kimi müəyyən edir. Saleh qadın ailə ocağını qorumaqla yanaşı, elmi, ictimai və siyasi sahələrdə də fəal iştirak edə bilər və etməlidir. Ali Məqamlı Rəhbər müsəlman qadının üçüncü xüsusiyyətini izah edərkən qeyd edib: “İctimai, siyasi, elm və digər fəaliyyət sahələrində onun üçün meydanlar açıqdır. Lakin bu, iffət və həyanın qorunması, eləcə də qadınla kişinin münasibətlərində müəyyən hədd və sərhədlərə riayət olunması şərti ilə mümkündür.

O bildirib: Buna görə də həyat yoldaşına rahatlıq yaratmaq qadının tam şəkildə evə qapanması demək deyil. Bu, onun həm evdə “qəlblərin ələ almaq kimi rolunu ağıllı şəkildə icra etməsi, həm də zərurət olduqda ictimai səhnədə təsirli bir ünsür kimi iştirak etməsi mənasını daşıyır. Qurani-Kərim Fironun həyat yoldaşı Asiyanı bütün möminlər üçün (qadın və kişi fərqi olmadan) nümunə kimi təqdim etdiyi kimi mədəniyyət yaradan qadın da ailə sərhədlərini qorumaqla yanaşı, öz dövrünün zülm və tağutuna qarşı dayana bilər.

 Əhmədian Əliabadi davam edərək bildirib: Bu hədisi müasir dövrdə daha yaxşı anlamaq üçün iki nümunəyə istinad etmək olar. Birinci nümunə, mədəniyyət yaradan qadınların simvolu kimi şəhid analarıdır. Müqəddəs Müdafiə dövründə və ondan sonra övladlarını İslam dininin idealları uğrunda canlarından keçməyə hazır şəkildə tərbiyə edən analar bu hədisin kamil təcəssümüdür.

O vurğulayıb: Bu analar səbir və mətinliklə evdə elə bir iman və fədakarlıq mühiti yaradıblar ki, həyat yoldaşları və övladları dünyəvi bağlılıqlardan azad olaraq axirət kamilliyinə və İslamın müdafiəsinə yönəldilər. Onlar təkcə axirətə məxsus olmadılar, həmçinin axirəti öz evlərinə, oradan da cəmiyyətə gətirdilər.

Qadınlara məxsus elmi hövzənin müəlliməsi əlavə edib: Digər nümunə isə bu günün tələbə qız və qadınlarıdır. Müsəlman tələbə qız universitetdə hicab və iffətini qoruyaraq iştirak edir, elm öyrənməklə yanaşı, təmkinli davranışı ilə başqaları üçün psixoloji təhlükəsizlik yaradır. Bu həyat tərzini seçməklə o, atasına, qardaşına və gələcək həyat yoldaşına bu mesajı verir ki, namus və ləyaqət qayğısı daşımadan ictimai vəzifələrini rahatlıqla yerinə yetirə bilərlər. Belə bir qız sonradan həyat yoldaşı və ana rolunda da eyni ruhiyyə ilə elm və mənəviyyat zirvələrinə can atan övladlar tərbiyə edə bilər.

O xatırladaraq bildirib: Buna görə də Əmirəl-möminin İmam Əlinin (ə) saleh qadın haqqında buyurduğu bu hədis mədəni çağırışdır. Bu baxışda qadın passiv və kənar bir varlıq deyil, mədəniyyət quruculuğunun əsasıdır. O, ailədə sükunət yaradaraq ailə üzvlərinin enerjisini fərdi və ictimai kamillik yolunda səfərbər edir.

Hövzə tədqiqatçısı bildirib: Ali Məqamlı Rəhbər qadın, ləyaqət və məsuliyyətli azadlıq nəzəriyyəsini irəli sürməklə məhz bu əsas rolu vurğulayır. Qadının “onu dünyadan axirət üçün azad edən ünsür” kimi rolunun yenidən müəyyənləşdirilməsi olmadan yeni İslam mədəniyyətinin qurulması mümkün deyil. Bu baxış həm qadını Qərb materializminin qəfəsindən xilas edir, həm də onu tarixdəki uca mövqeyinə qaytarır.

Xəbərin sonu

Rəyiniz

You are replying to: .
captcha